Aydın Əliyev: “Gürcüstandan idxal edilən avtomobillərin sayı xeyli azalıb”
"Azərbaycanda “Avro-4” standartının tətbiqi ilə bağlı Gürcüstandan idxal edilən avtomobillərin sayı xeyli azalıb".
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib. Komitə sədrinin sözlərinə görə, Gürcüstandan idxal olunan maşınların böyük hissəsi köhnə maşınlar olduğu üçün "Avro-4" standartlarına cavab vermir: "Artıq ölkə başçısının tapşırığına əsasən, ekologiya ilə bağlı məsələlər nəzərə alınaraq yalnız "Avro-4" standartına cavab verən maşınların idxalına icazə verilir. Bununla bağlı maşınların idxalı aşağı düşüb. Buna baxmayaraq, gömrük dəyərləndirilməsi məsələlərinin ildən ilə təkmilləşdirilməsi ilə bağlı oktyabrın 31-ə kimi plan proqnoz tam yerinə yetirilib. Növbəti ildə gömrük orqanlarına bundan da artıq plan proqnoz nəzərdə tutulub".
Komitə sədri deyib ki, mövcud imkanlar təhlil olunacaq.