Azərbaycanda ilk dəfə Elm Festivalı keçiriləcək
"Bu ilin 10-11 noyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq Bakı Elm Festivalı keçiriləcək. Tədbirin keçirilməsində məqsəd cavanları elmə cəlb etmək və elmi insanlara daha populyar formada çatdırmaqdır".
APA TV-nin xəbərinə görə, bunu tədbirə hazırlıq işləri ilə əlaqədar keçirilən mətbuat konfransında festivalın rəhbəri, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Təhsil şöbəsinin müdiri Nuridə Quliyeva deyib.
Festival çərçivəsində akademiyanın elmi nailiyyətlərinin təbliği və ölkəmizdə elmə marağın artırılması istiqamətində geniş tərkibli fəaliyyət proqramı hazırlanıb.