Həftəsonu hava yağışlı olacaq

Noyabrın 1-və 2-də Bakıda və Abşeron yarmadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, ayın 1-də axşama doğru yarmadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Bu barədə APA TV-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib: "Noyabr ayının 2-də gün ərzində arabir yağış yağacağı gözlənilir. Ayın 1-də cənub küləyi axşama doğru şimal küləyi ilə əvəz olunacaq. Ayın 2-də şimal-qərb küləyinin günün ikinci yarısında axşama doğru yarımadanın bəzi yerlərində arabir güclənəcəyi gözlənilir. Havanın temperaturuna gəldikdə, ayın 1-də gündüz 12-16 dərəcə isti, ayın 2-də isə 10-12 dərəcə isti olacaq".

 

Bölgələrdə də ayın 1-i və 2-də yağıntılı hava şəraiti müşahidə olunacaq, bəzi yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir: "Ayın 1-də Aran rayonlarında 13-17 dərəcə isti, dağlıq rayonlarda 3-8 dərəcə isti, ayın 2-də isə Aran rayonlarında 8-12 dərəcə, dağlıq rayonlarda isə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti gözlənilir".

 

Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əcəcək.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli