Ağcabədidə yaşayış evində partlayış baş verib
Ağcabədidə yaşayış evində partlayış baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, partlayış rayonun Salmanbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evdə məişət qazının sızması nəticəsində partlayış olub. Nəticədə otağın divarlarında çatlar əmələ gəlib və pəncərə şüşələri sınıb. Partlayış zamanı 3 nəfər xəsarət alıb və təcili tibbi yardım xidməti tərəfindən Ağcabədi rayon mərkəzi xəstəxanasına aparılıb.
Yanğın hadisəsi baş verməyib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.