Narkotiklə tutulan şəxs: "Tanımadığım adamdan aldım"

Abşeron RPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 46 yaşlı Rövşən Qurbanovu yaxalayıb. Bir ay əvvəl azadlığa çıxan Rövşən Qurbanov özünü şübhəli apardığı ücün polis əməkdaşları tərəfindən saxlanılıb. Narkotik vasitənin təsirindən ifadə verməkdə çətinlik çəkən Qurbanovun üzərindən yarım kq-a yaxın qurudulmuş marixuna aşkarlanıb: "Nəşədir də, çəkənəm. Tanımadığım adamdan aldım. Məscidin yanında dayanmışdı, yaxınlaşan kimi soruşdu ki, nəşə lazımdır?"

 

APA TV-nin xəbərinə görə, Rövşən Qurbanov əvvəllər 3 dəfə məhkumluq həyatı yaşayıb: "Çox əsəbiyəm, atanda, çəkəndə sakitləşirəm".

 

Faktla bağlı cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv