Bəhram Bağırzadə: "Evindən narkotik tapılan şəxs "Bakılı oğlanlar"ın üzvü olmayıb"
Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada mənzildən qiyməti "qara bazar"da 500 milyon dollar olan 174 kiloqram heroin konsentrantı aşkarlayıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətin rəisi Viktor İvanov bildirib ki, İldar Nurimanov adlı şəxsin Domodedovo rayonunun Kolıçev kəndindəki evində axtarış aparılıb. " Həmin şəxs vaxtilə “Bakılı oğlanlar” Şən və Hazırcavablar Komandasının üzvü olub. Heroin mühafizəçilər üçün nəzərdə tutulan otaqda gizlədilmişdi”, - deyə o, bildirib.
Herion 700 bağlamada olub. Rusiya mətbuatında yer alan məlumatlara əsasən, xüsusi əməliyyat nəticəsində altı nəfər, o cümlədən cinayətkar qrupun başçısı tutulub.
Onlar narkotiki Əfqanıstandan banan yeşiklərində meyvələrlə birlikdə Moskvaya gətiriblər.
Narkotik alveri ilə hazırda Türkiyədə olan İ. Nurimanovun mühafizəçilərinin məşğul olduğu bildirilir.
Rusiya mətbuatında bəzi materiallarda İ.Nurimanov İlqar İmanov kimi təqdim edilib.
“Bakılı oğlanlar” komandasının üzvü Bəhram Bağırzadə isə APA-ya həmin şəxsin “Bakılı oğlanlar”ın üzvü olduğu barədə məlumatları təkzib edib: Onun sözlərinə görə, komandada İldar Nurimanov, nə də İlqar İmanov adlı adam olub.