Arif Hacılı: “Bu gün yeni qurultay keçirilsə, mən daha çox səs toplayaram”

“Qubad İbadoğlu Müsavatın qurultayında baş verən pozuntularla bağlı Mərkəzi-Nəzarət Təftiş Komissiyasına arayış təqdim edib və komissiya da arayışa rəy verib. Onlar əvvəlcədən də bildirirdilər ki, partiyanın qurultayında hər hansı saxtakarlıqlar olmayıb, sadəcə, müəyyən ədalətlilik prinsipi pozulub. Mən arayışın mətni ilə tanış olmuşam. Hesab edirəm ki, komissiyanın təqdim etdiyi rəy ədalətlidir”. APA TV-nin məlumatına görə, bu fikirləri Müsavat Partiyasının başqanı Arif Hacılı keçirdiyi mətbuat konfransında deyib.

 

Arif Hacılı bildirib ki, bu gün qurultay yenidən keçirilsə, o daha çox səs toplayar.

 

“Çünki bunlar mənim qazandığım səslərdən çox rəqiblərimin itirdiyi səslərdir. Məni növbədənkənar qurultay qətiyyən narahat etmir. Maraqlı odur ki, məni inzibatçılıqda ittiham edənlər indi də Nizamnaməyə əməl etməməyə çağırırlar”.

 

Arif Hacılı partiya daxilində fraksiya yaratmaq çağırışlarını ümumi mənafeyə zidd addım adlandırıb. 

Müəllif | Apa.Tv
Apa.tv