Cəlilabadın mərkəzində avtomobil yanıb
Cəlilabadda minik avtomobili yanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhərin Azərbaycan küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının qarşısında baş verib. Rayon sakini Elşad Şükürova məxsus "Opel Vectra" maraklı, minik avtomobili alışıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyi nəticəsində yanğın lokallaşdırılıb. Hadisə zamanı avtomobilin mühərriki yanıb siradan çıxsa da, qalan hissəsi yanğından müafizə olunub. Faktla bağlı araşdırma aparılır.