Yasamalda 18 nömrəli avtobus “Hyundai” ilə toqquşdu - HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR
Paytaxtın Yasamal rayonunda avtobusla minik maşını toqquşub. APA TV-nin məlumatına görə, 27 yaşlı Nurəli Məmmədovun idarə etdiyi “Daewoo” markalı avtobus Məhəmməd Xiyabani küçəsi ilə Bakı Dairəvi Yolu istiqamətində hərəkətdə olan zaman əks tərəfdən gələn 21 yaşlı Vəli Şıxəlizadənin idarə etdiyi "Hyundai" markalı minik maşını ilə toqquşub.
Qeyd edək ki, 18 saylı marşrut xətti üzrə hərəkət edən avtobus bazaya gedirmiş.
Faktla bağlı araşdırmalar aparılır. Hadisənin hansı səbəbdən baş verməsi təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.