Balakəndə məhsul bayramı keçirilib
Balakəndə məhsul bayramı keçirilib. APA TV-nin məlumata görə, bayram tədbirində rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, rayonun digər rəhbər şəxsləri, rayon ictimaiyyəti, yerli fermer və sahibkarlar iştirak ediblər. Tədbirində vurğulanıb ki, Balakən rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları təşkil edir. Burada bostan-tərəvəz, meyvəçilik, heyvandarlıq, taxılçılıq xüsusi yer tutur. Son illər rayon fermerləri qarğıdalı istehsalına xüsusi diqqət yetirir. Belə ki, ötən il rayonun tarixində rekord miqdarda - 41 min ton məhsul əldə edilib. Rayonda üçüncü dəfə təşkil edilən məhsul bolluğu bayramının keçirilməsinin başlıca məqsədi yerli istehsalçıların əməyini qiymətləndirməkdir.
Məhsul bayramında yerli istehsalçıların qarğıdalı və buğda unundan hazırlanmış xüsusi tort kəsilərək tədbir iştirakçılarına paylanılıb. Bayram tədbiri konsert proqramı ilə davam etdirilib.