Türkiyədə insan alveri ilə məşğul olan 4 azərbaycanlı həbs olundu!

Türkiyədə keçirilən əməliyyat zamanı qeyri-qanuni miqrasiyanın təşkilində şübhəli bilinən 4 azərbaycanlı həbs olunub. APA TV-nin məlumatına görə, azərbaycanlılar Muğla vilayətində həbs olunublar. Sahil Mühafizə Xidməti katerləri Muğla sahillərində ABŞ və Almaniya bayraqları altında üzən “Gipsy Girl” və “Dorotea” kiçik motorlu gəmilərinə baxış keçiriblər. Baxış zamanı hər iki gəminin anbarında əksəriyyəti Asiya ölkələrindən olan 130 qanunsuz miqrant aşkarlanıb. Miqrantları pul müqabilində qeyri-leqal yollarla Avropaya göndərən şəxslərin Azərbaycan vətəndaşları olduğu müəyyənləşib. Saxlanan azərbaycanlıların adları açıqlanmır.

 

Müəllif | Apa.Tv
Apa.tv