Azərbaycan İran vətəndaşını İnterpola axtarışa verdi

Azərbaycan hüquq-mühafizə orqanları İran vətəndaşı barəsində beynəlxalq axtarış elan edib. APA TV-nin məlumatına görə bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. İran İslam Respublikasının vətəndaşı Seyid Saleh Huseyni rəsmi sənədləri saxtalaşdırmaqda və dələduzluqda ittiham olunur. Onun tutulması üçün Azərbaycan İnterpola müraciət edib.
 

Müəllif | Apa.Tv
Apa.tv