Daxili işlər nazirinin müavini Əsgər Ələkbərov təqaüdə göndərildi

Azərbaycanın daxili işlər nazirinin müavini Əsgər Ələkbərov təqaüdə göndərilib.

APA-nın məlumatına görə, bununla bağlı ölkə başçısı İlham Əliyev sərəncam imzalayıb.
Daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun xidmətdə olmanın son yaş həddinə çatdığına görə təqaüdə göndərildiyi bildirilib.

Qeyd edək ki, Ə.Ələkbərov 2001-ci ildən daxili işlər nazirinin müavini olub.
 

Müəllif | Apa.Tv
Apa.tv