Göygöldə “Lexus”un vurduğu piyada dünyasını dəyişib

Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
Göygöl rayon Polis Şöbəsindən APA Tv-yə verilən məlumata görə, hadisə Göygöl şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Rayon sakini, 39 yaşlı Ruslan Namayev idarə etdiyi “Lexus” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Göygöl şəhər sakini, 50 yaşlı Elxan Məmmədovu vurub.

Sürücü yaralını dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Göygöl rayon Polis Şöbəsində istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli