“Binə”də iş adamını elektroşokla vurub pullarını alan şəxs həbs olunub
Qaradağ rayonunda quldurluqla məşğul olan şəxs iş başında yaxalanıb. Quldurluq hadisəsi Qaradağ rayonu ərazisində yerləşən Binə ticarət mərkəzində baş verib. Şərur rayon sakini, 24 yaşlı Mübariz Zaxarov ticarət mərkəzində çalışan İlqar Hüseynovu işdən çıxanda izləyib, avtomobilinə yaxınlaşan zaman əlindəki elektroşokla onu vurub.
“Naxçıvandan Bakıya iş axtarmağa gəlmişdim. Gördüm ki, biri əlində sellofan paketlə gedir. Dedim yəqin içindəki pul olar. Saga - sola baxdım, gördüm heç kim yoxdur, adamı elektroşokla vurdum və pullarını götürdüm”.
Mübariz Zaxarov cinayət aləti kimi istifadə etdiyi elektroşok aparatını Türkiyədən gətirdiyini bildirib. Onun sözlərinə görə, elektroşok cihazını Naxçıvandan Bakıya gətirməsində məqsəd özünü qorumaq olub. İstintaq isə hesab edir ki, Zaxarov ifadəsində səmimi deyil və dedikləri özünü müdafiə xarakteri daşıyır. Faktla bağlı quldurluq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam edir.