Masallıda 21 yaşlı oğlan bıçaqlanıb
Masallıda bıçaqlanma faktı qeydə alınıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Böyük Kolatan kəndi ərazisindəki məscidin qarşısında baş verib. Kənd sakini Fərahim Aslanov şəxsi munaqişə zəminində həmyerlisi, 21 yaşlı Şaiq Nəciyevə bıçaqla bədən xəsarəti yetirib. İki bıçaq zərbəsi alan Şaiq Nəciyev dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasina çatdırılıb. Cərrahiyyə şöbəsində əməliyyat olunan yaralının vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.