Şirvanda 26 yaşlı oğlan özünü ov tüfəngi ilə öldürüb


Şirvan sakini ov tüfəngi ilə özünü öldürüb. Şirvan Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Şirvan şəhəri Gülbala Şıxbala oğlu küçəsindəki 38 saylı binanın 5-ci mənzilində yaşayan 26 yaşlı Qarayev Əfqan Niyazi oğlu 16 kalibrli ov tüfəngindən atəş açaraq intihar edib.

 

Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin ekspertinin verdiyi rəyə görə, çənəaltı və boğaz nahiyəsinə dirənən silahdan açılan güllə yarası Əfqan Qarayevin ölümünə səbəb olub.

 

İntihar edən şəxsin qohumlarının bildirdiyinə görə, son aylar onun psixoloji durumunda problemlər yaranıb. Hətta bir müddət əvvəl Əfqan Qarayevin özünü asmaqla intihar etmək cəhdinin qarşısı yaxınları tərəfindən alınıb.

 

Faktla bağla Şirvan şəhər Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı