Bakının mərkəzində güclü yağış yaşayış evini uçurub
Ötən gecə yağan güclü yağış Bakının mərkəzində fərdi yaşayış evinin uçmasına səbəb olub. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda, Bəşir Səfəroglu küşəsi, 152 ünvanında qeydə alınıb. Həyətdə tikilmiş birmərtəbəli ev anidən uçub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Xilasedicilər xüsusi təlim görmüş itlərlə dağıntıların arasında axtarış aparıblar və evin uçması nəticəsində dağıntılar altında heç kimin qalmadığını müəyyənləşdiriblər.
Hadisə yerinə baxış keçirilən zaman məlum olub ki, uçan tikilidə yaşayış olmayıb. Ev bir müddət müddət əvvəl inşa edilsə də, tikinti tam yekunlaşmayıb və oraya heç kim köçməyib.
İlkin ehtimala görə, hadisəyə güclü yagış səbəb olub. Bundan başqa, ev inşa edilərkən tikinti norma və qaydalarına riayət olunmaması da evin uçmasının səbəbləri arasında göstərilir.