Şəmkirdə faciə: 30 metrlik quyuya düşən kişi öldü
Şəmkirdə bədbəxt hadisə baş verib. APA TV-nin məlumatına görə, hadisə rayonun Çinarlı kəndində qeydə alınıb. Kənd sakini Vidadi Bayramovun həyətinə quyu təmizləməyə gedən Samux rayonunun Alabaşlı kənd sakini, 46 yaşlı Zirəddin İsmayılov kəndirin qırılması nəticəsində 30 metrlik quyuya düşüb. O, aldığı xəsarətlərdən ölüb. Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin hadisə yerinə gələn yanğınsöndürən-xilasediciləri xüsusi alət və avadanlıqlarla cəsədi quyudan çıxararaq aidiyyatı üzrə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.