Göytəpədə gənc sərhədçilər Vətənə sədaqət andı içdilər


Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunun Göytəpə şəhərindəki “N” saylı hərbi hissəsinin təlim-tədris mərkəzində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. APA TV-nin Cənub bürosunun məlumatına görə, tədbir hərbi hissə komandiri, polkovnik Mehman Yusifovun  gənc əsgərləri salamlaması ilə başlayıb. Daha sonra DSX- nin  şəxsi heyət üzrə baş idarənin rəisi, general-mayor Azad Ələkbərov  şəxsi heyəti və mərasim iştirakçılarını təbrik edərək, sərhədlərimizin gənc müdafiəçilərinə çətin və şərəfli işlərində uğurlar arzulayıb. Andiçmə mərasimində həmçinin gənc əsgərlərin  valideynləri çıxış edərək, övladlarına Vətənin sərhədlərini göz bəbəyi kimi qorumağı nəsihət ediblər.

 

DSX-nin rəisi, general-leytnanat  Elçin Quliyevin təbrik teleqramının mətni oxunduqdan sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, gənc əsgərlər Vətənə sədaqət andını qəbul ediblər.

Tədbir şəxsi heyətin nizamlı addımlarla tribunanın önündən keçiməsi ilə başa çatıb.

 

Müəllif | Apa.Tv
Apa.tv