Rumıniyada prezident seçkilərinin ilk turu başa çatıb

Rumıniyada prezident seçkiləri başa çatıb. APA TV-nin məlumatına görə, qalibi ilk turda müəyyənləşdirmək mümkün olmayıb. Hazırkı baş nazir Viktor Ponta 39,6 faiz səslə ən yaxın rəqibini 10 faiz qabaqlayır. Baş nazirin əsas rəqibi Klaus Yohannis 30,2 faiz səs toplayıb. Digər namizədlər isə 7 faizlik baryeri aşa bilməyiblər. Nə Ponta, nə də Yohannisin birinci turda 50 faizlik həddi keçə biləcəyi gözlənilmir. Ölkə prezidentinin noyabrın 16-da keçiriləcək səsvermənin ikinci turunda müəyyənləşəcəyi gözlənilir. Hazırkı prezident Trayan Beseskunun seçkilərin nisbi qalibi olan Viktor Ponta ilə münasibətləri gərgindir. Seçki kampaniyası zamanı Besesku hətta Pontanı keçmiş casus adlandırıb.

 

Qeyd edək ki, Rumıniya Avropa Birliyinə üzv ölkələr sırasında kasıblıq həddinə görə Bolqarıstandan sonra ikinci yerdədir. 

Müəllif | Apa.Tv
Apa.tv