Bakıda gənclər arasında kütləvi dava: 1 ölü, 3 yaralı

Bakıda gənclər arasında kütləvi dava olub. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “20 Yanvar” dairəsi yaxınlığında yerləşən “Günəş” kafesində qeydə alınıb. Bir qrup gənc arasında düşən davada 4 nəfər - Rəsul Süleymanov, Tofiq Mehdiyerv, Səfər Qasımzadə və Sakit Qasımzadə bıçaqlanıb. R. Süleymanov aldığl xəsarətdən dünyasını dəyişib.

 

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb.

 

Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarış tədbirlərini davam etdirir.

 

Müəllif | Apa.Tv