İstanbulda qayıq faciəsi: 25 nəfər dənizdə batıb

Türkiyədə qayıq faciəsi baş verib. APA TV-nin xəbərinə görə, İstanbul boğazının Qara dənizə aid hissəsində içərisində 40 nəfərin olduğu bildirilən balıqçı qayığı batıb. Qayığın Bolqarıstandan Rumıniyaya getdiyi bildirilir. İndiyədək dənizdən 10 nəfərin meyiti çıxarılıb. Ancaq ölənlərin sayının 25-dən çox olduğu deyilir.

 

Qayıqda qanunsuz miqrantlar olub. Əsasən uşaqlar və qadınları daşıyan balıqçı gəmisindən cəmi 8 nəfər xilas edilib. Qanunsuz miqrantların Afrika əsilli olduğu müəyyənləşib.

 

Yerli mətbuatın xəbərinə görə, qayıq həddən artıq yükləndiyindən və əlverişsiz hava səbəbindən batıb. 

Müəllif | Apa.Tv
Apa.tv