Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağıb

Azərbaycanın şimal-qərb bölgəsinə qar yağıb. APA TV-nin məlumatına görə, noyabr ayının 2-si axşam saatlarından başlayaraq,  ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb, yağış və Böyük Qafqaz sıra dağlarının cənub ətəyinə qar düşüb.  Gecə saatlarında havanın hərarəti yüksək dağlıq ərazilərdə  mənfi 5 dərəcəyə qədər aşağı düşüb. Bölgə Qax rayonunun dağ ətəyi, İlisu, Sarıbaş və Qaşqaçay kəndlərinə isə qar yağıb. Bu gün səhər saatlarında İlisu kəndində qarın qalınlığı 6-7 sm-ə, Sarıbaş kəndində 15 sm-ə çatıb.

Müəllif | Apa.Tv
Vüqar Heydərov