Balakən sakini intihara cəhd edib
Balakəndə 33 yaşlı kişi intihara cəhd edib. Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-yə verilən məlumata görə, rayonun Qullar kənd sakini, 1981-ci il təvəllüdlü Eldəniz Qurban oğlu Bodurov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Balakən rayon Polis Şöbəsindən APA TV-yə bildirilib ki, hadisə Eldəniz Bodurovun yaşadığı evdə baş verib. Valideynləri ilə mübahisə edən Eldəniz Bodurov kəsici alətlə özünə xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.