Bərdədə evlərdən oğurluq edən 19 yaşlı oğlan tutulub

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları öz kəndlərində oğurluqla  məşğul olan rayon sakinini yaxalayıblar. APA TV xəbər verir ki, rayon Polis Şöbəsinin müstəntiqi, polis kapitanı Çingiz Paşayevin verdiyi məlumata görə, Güloğlular kənd sakini Seyidov Ramin Qafar oğlu yaşadığı evdən bir ədəd planşet, bir ədəd bahalı ətir şüşəsi və 50 AZN pulun oğurlanması haqda polis şöbəsinə müraciət edib. R. Seyidovun müraciəti əsasında başlanan araşdırma nəticəsində məlum olub ki, oğurluq əməllərini Güloğlular kənd sakini, 1995-ci il təvəllüdlü Samir Smir Nağıyev törədib. Məlum olub ki, S. Nağıyev əvvəllər də başqa qonşularının evindən oğurluq edib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv