Gəncədə 21 yaşlı oğlan dostunu bıçaqlayıb
Gəncədə iki gəncin mübahisəsi bıçaqlanma ilə nəticələnib. Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə ötən gecə baş verib. Şəhər sakini, 21 yaşlı Vilayət Cabbarov dostu, 22 yaşlı Şahin Hüseynovu mübahisə zəminində bıçaqlayıb. Şahin Hüseynov döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Araşdırma zamanı məlum olub ki, iki dost bir yerdə yemək yeyən vaxt aralarında mübahisə yaranıb, elə hadisə də bu səbəbdən baş verib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.