Daxili işlər nazirinin yeni müavini İsmət Əliyev şəxsi heyətə təqdim olunub

Azərbaycan daxili işlər nazirinin yeni müavini, polis general-mayoru İsmət Əliyev şəxsi heyətə təqdim olunub. APA-nın məlumatına görə, İsmət Əliyevi şəxsi heyətə daxili işlər naziri, general-polkovnik Ramil Usubov təqdim edib. Nazir İsmət Əliyevə yeni işində uğurlar arzulayıb.

Qeyd edək ki, daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov bir neçə gün əvvəl ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamla xidmətdə olmanın son yaş həddinə çatdığına görə təqaüdə göndərilib.

Onun yerinə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi İsmət Əliyev təyin olunub.

Müəllif | Apa.Tv
Apa.tv