Qubada “VAZ-2107” 64 yaşlı kişini vurub öldürdü

Bu gün Quba rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ-2107” markalı nəqliyyat vasitəsi yolu keçmək istəyən piyada, Quba şəhər sakini, 64 yaşlı Xanlar Niyabalıyevi vurub. Qəza zamanı ağır xəsarətlər alan şəhər sakini Quba Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.

 

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vəli Turan