Qalib idmançılarımız Vətənə qayıtdı
İtaliyanın Toskana şəhərində keçirilən "WKA" versiyası üzrə dünya çempionatında iştirak edən idmançılarımız Vətənə qayıdıb. APA TV-nin məlumatına görə, idmançılarımızı Heydər Əliyev Hava Limanında yaxınları və idmançı dostları qarşılayıblar. 72 ölkənin 8700 idmançısının iştirak ediyi yarışlarda ölkəmizi 3 federasiya təmsil edib.
Yarışda iştirak edən idmançımız Eduar Məmmədov kinq-boks idmanı üzrə 20-ci dəfə dünya çempionu adına layiq görülüb. O, braziliyalı, ispan və finalda isə ukraynalı rəqiblərinə qalib gələrək növbəti çempionluğunu əldə edib.
Qarşılama mərasimində iştirak edənlər sonda qalib idmançılarımızla xatirə şəkili çəkdiriblər.
Daha sonra müxtəlif şüarlar səsləndirərək onları aereportdan evlərinə yola salıblar.