Şumaxerin 3 il ömrü qalıb
Keçən il Fransada xizək sürərkən yıxılıb ağır yaralanan "Formula 1"in əfsanəvi pilotu Mixael Şumaxerdən xəbər var. APA TV-nin məlumatına görə, Şumaxerin həkimi onun maksimum üç il yaşayacağını bildirib. Müalicəsi dövründə ondan yaxşı xəbərlər gəlsə də, isveçrəli doktor Eriç Riederer bu dəfə xoş olmayan xəbər verib. Şumaxeri müalicə edən həkimi bildirib ki, ən pisə hazırlaşmaq lazımdır.
Qeyd edək ki, 45 yaşlı alman idmançı hələ də komadadır.
Xatırladaq ki, "Formula-1" yarışları üzrə 7 qat dünya çempionu Mixael Şumaxer ötən il Alp dağlarında xizək sürərkən yıxılaraq başı qayaya dəymiş və komaya düşmüşdü.