İran Urmiyanın xilası üçün 273 milyard dollar ayırıb

İranın Nazirlər Kabineti Urmiya gölünün qurumasının qarşısı almaq üçün 273 milyard dollar vəsait ayrılıb. Bu vəsaitin kredit şəklində ödənməsi nəzərtdə tutulub. İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, dövlət başçısı Həsən Ruhaninin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin toplantısında qərara alınıb ki, 90 faizi Urmiya gölünü xilasetmə komissiyasının həyata keçirəcəyi layihələrə sərf olunsun. APA TV-nin xəbərinə görə, bunlara sulama kanallarının modernləşdirilməsi, gölü bəsləyəcək yeni su kanallarının açılması kimi tədbirlər daxildir.

 

Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan əyalətləri arasında yerləşir. Dünyanın ən böyük ikinci duzlu gölü hesab edilən bu gölün sahəsi 5 min 200 kvadrat metrdir. Hazırda gölün 90 faizi quruyub.

 

Müəllif | Apa.Tv