Xırdalanda saxta ev dəllalları tutulub

Abşeron rayon Polis Şöbəsinin əməkdaşları dələduzluqda şübhəli bilinən Cəsarət Orxan oğlu Səlimovu həbs ediblər. APA TV-nin xəbərinə görə, Biləcəri qəsəbəsində yaşayan 34 yaşlı Cəsarət Səlimov DİN-in 102 xidmətinə daxil olan məlumat əsasında saxlanılıb.

 

Abşeron RPŞ-nin müstəntiqi Məhəmməd Tağıyevin verdiyi məlumata görə, şübhəli şəxs ev alqı-satqısı ilə məşğul olan Rüfət Əhmədov və iradə İbadova ilə əlbir olaraq, Xırdalan şəhərindəki evi satmaq adı ilə bir neçə nəfərin pulunu mıənimsəyib.

 

İstintaqa təhvil verilən Cəsarət Səlimov günahsız olduğunu söyləyib. Bildirdiyinə görə, zərərçəkənlərin pulunu ondan əvvəl həbs olunan İradə İbadova və Rüfət Əhmədov mənimsəyib.

 

Zərərçəkmişlər isə polisə ifadələrində alqı-satqıda Cəsarət Səlimovun iştirak etdiyini bildiriblər. Faktla bağlı araşdırmalar davam edir.

 

Müəllif | Apa.Tv