Amerikada partladılan əkiz binalardan biri yenidən tikilib

Nyu-Yorkda 13 il əvvəl partladılan əkiz binalardan biri yenidən tikilib. APA TV-nin xəbərinə görə, 11 sentyabr 2001-ci ildə partladılan Dünya Ticarət Mərkəzinin açılış mərasimində çıxış edən şirkətin sahibi Patrik Foye şəhərin mənzəeəsinin nəhayət ki, yenidən bərpa edildiyini bildirib. Noyabrın 3-dən artıq "Conde Nast" nəşriyyat firmasının 170 işçisi vəzifələrinin icrasına başlayıb. Daha 3 min nəfər isə gələn ilin əvvəlindən qoşulacaq. 

 

Bina 104 mərtəbəlidir. Tikintisi təxminə 4 milyard dollara başa gəlib və 8 il ərzində tikilib. Hazırda ABŞ-da ən hündür göydələndir. Hündürlüyü 541 metrlik göydələn daha əvvəl partladılmış göydələnin yerində tikilmiş muzey və memorial kompleksinin mərkəzində yerləşir.

 

Binanın ən üst hissəsində şəhəri seyr etmək üçün meydançanın qurulması planlaşdırılır. Patrik Foyenin sözlərinə görə, yeni ticarət mərkəzi yeni standartlara uyğun tikilib, dizayn və təhlükəsizliyi təmin edilib.

 

Mərkəzin 60 faiz hissəsi icarəyə verilir və dövlət xidməti orqanları artıq onun böyük hissəsinin icarəsi ilə bağlı müqaviləni imzalayıb. 

Müəllif | Apa.Tv
Apa.tv