Bakı Şəhər Baş Polis İdarəsinin rəisi işdən çıxarıldı - YENİLƏNİB

Daxili işlər orqanlarında kadr dəyişikliyi həyata keçirilib. APA-nın xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

 

Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov tutduğu vəzifədən azad olunaraq Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilib.

 

Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov isə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub.

 

DİN-in mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 

Qeyd edək ki, təyinat barədə ilk xəbəri “Qafqazinfo” yayıb.

Müəllif | Apa.Tv
Apa.tv