Sürücüsü olduğu qadının bank kartından pul çəkən şəxs tutulub
Səbayıl Rayon Polis İdarəsinin əməkdaşları Ağdam sakini, 23 yaşlı Hüseynov Sənan Vaqif oğlunun yaxalayıblar. Başqasının etibarından sui-istifadə edərək oğurluq törətdiyi üçün barəsində axtarış elan olunan Sənan Hüseynov evinin qarşısında həbs edilib.
APA TV-nin xəbərinə görə,məlum olub ki, taksi sürücüsü kimi fəaliyyət göstərən Sənan Hüseynov vətəndaş Fatimə Səfərovanın şəxsi sürücüsü olub. Qadının evinin bazarlığı da ona həvalə olunub. Bu ilin fevralından başlayaraq, plastik kartla aparılan alış-veriş zamanı Sənan Hüseynov kartdan hissə-hissə 4401 manat çıxarıb: "Kart mənim yanımda açılıb, içindəki məbləği bilirdim. Saxlamaq üçün mənə verdi, götürüb istifadə etmişəm".
Faktla bağlı oğurluq maddəsi ilə cinayət işi başlanıb.