Bakıda evi su basıb, 4 nəfər köməksiz qalıb
Paytaxtda yağan yağışlar nəticəsində Binəqədi rayonunda fərdi yaşayış evini su basıb. Fövqəladə Hallar Nazirliyindən APA TV-yə verilən məlumata görə, yağan intensiv yağışlar nəticəsində Bakı şəhəri, Binəqədi rayonu ərazisində 4 nəfər fərdi yaşayış evində köməksiz vəziyyətdə qalıb. Xilasedicilər vətəndaşları su basmış ərazidən təxliyyə ediblər.