Hərbi Dəniz Qüvvələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır
Hərbi Dəniz Qüvvələrində döyüş hazırlığı üzrə intensiv məşqlər keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, təlimlər müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən təşkil olunur. Müdafiə Nazirliyinin rəhbərliyi və Hərbi Dəniz Qüvvələri komandanlığı gəmilər və heyət tərəfindən qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsi səviyyəsi, döyüş manevretmə və idarəetmə, həmçinin qarşılıqlı əlaqə imkanlarını yoxlayır.
Təlim-məşqləri Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığı səviyyəsinin artırılması, o cümlədən Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə birgə keçiriləcək təlimlərə hazırlıq məqsədi daşıyır.