Bakıda yeniyetmə qonşusunu bıçaqlayıb
Ötən gecə Bakıda qonşu qonşunu bıçaqlayıb. APA TV-nin məlumatına görə, hadisə Natiq Şahbazov küçəsində baş verib. 34 yaşlı Rafiq Məmmədov qonşusu Fuad tərəfindən bıçaqlanıb. Taksi sürücüsü olan Rafiq Məmmədov onunla eyni ərazidə taksi fəaliyyəti ilə məşğul olan tanışı tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb. O, çoxsaylı bıçaq xəsarətləri aldığından, dərhal əməliyyat olunub. Rafiq Məmmədovun qohumlarının verdiyi məlumata görə, qonşusu Fuad ona evlərinin qarşısnda çiyin nahiyəsindən qəfildən bir neçə dəfə zərbə endirib. Qonşular Fuadın tüfeyli həyat tərzi yaşadıgını bildirirlər.
Orta məktəbi yeni qurtarıb hərbi xidmətə hazırlaşan yeniyetmə nənəsi ilə yaşayır. Onun nənəsini də tez-tez döydüyü iddia olunur.
Faktla baglı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsində araşdırmalara başlanılıb.