Çempionlar Liqasında növbəti oyunlar keçirildi - QOLLAR
Çempionlar Liqasında qrup mərhələsinin II dövrəsinə start verilib. APA TV-nin xəbərinə görə, IV turun qarşılaşmaları çərçivəsində ötən gecə 8 matç baş tutub. Bu oyunlar bəzi komandalar üçün həlledici xarakter daşıyıb.
Məsələn, "Real" öz meydanında "Liverpul"u minimal hesabla məğlub etməklə qitənin ən nüfuzlu klub turnirinin 1/8 final mərhələsinə vəsiqə qazanıb. Qarşılaşmada yeganə qolu Kərim Benzema vurub.
Qrupdakı digər qarşılaşmada İsveçrənin "Bazel" klubu Bolqarıstan "Ludoqorets"ini darmadağın edib. "Bazel" hər hissədə iki qol vurub və 4:0 hesabı ilə qalib gəlib. Bu nəticə İsveçrə klubunu turnir cədbəlinin ikinci pilləsində möhkəmləndirib.
Turinin "Yuventus" klubu öz meydanında Yunanıstanın "Olimpiakos" komandasına çətinliklə qalib gəlib. Qarşılaşmanın birinci hissəsində iki qol vurulub. Pirlo "Yuventus"u hesabda irəli çıxarıb. Amma cəmi 3 dəqiqə sonra yunanlar cavab topunu vurublar.
İkinci hissədə isə qonaqlar gözlənilmədən hesabda irəli çıxıblar. 61-ci dəqiqədə vurulan qolun əvəzini "Yuventus" 65-ci dəqiqədə çıxıb və hesabı bərabərləşdirib. 1 dəqiqə sonra isə "Yuventus"un fransalı hücumçusu Poqba qələbə qolunu vurub. "Yuventus" 3 - "Olimpiakos" 2.
Madrid "Atletiko"su səfərdə "Malmö"nü 2:0 hesabı ilə məğlub edib. Bu qələbədən sonra madridlilər 9 xalla qrupun lideridirlər.
“Arsenal” isə doğma publika önündə “Anderlext”in müqaviməti ilə üzləşib. London klubu 3:0 hesabı ilə irəli çıxsa da, sonradan qapısında 3 cavab qolu görüb.
C qrupunda isə “Benfika”nın Çempionlar Liqası taleyinə aydınlıq gələ bilərdi. Lakin portuqaliyalılar “Monako”nu minimal hesabla (1:0) üstələməyi bacarıb. “Bayer” isə Sankt-Peterburqda “Zenit”i 1:2 hesabı ilə məğlub edib.