Bakının mərkəzində ev yanıb

Bakının Səbail rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, Lermontov küçəsindəki 53 saylı binanın 15-ci mənzilində qeydə alınan hadisədən ev sahibi xəbər tutub. Qonşuların köməyi alovun qarşısını almağa çalışan zərəçəkən buna nail ola bilmədikdə yanğinsöndürənlərin köməyinə ehtiyac duyub. Hadisə yerinə Səbail rayon yanğindan mühafizə hissəsinin əməkdaşlari cəlb olunub. Yasamal və Nəsimi rayonlarından da əlavə qüvvələr hadisə yerinə gəlib.

 

Dövlət Yanğından Mühafizə İdarəsinin qərargah rəisi Əkbər Novruzov yanğının səbəbini açıqlayıb: "Yanğın divar sobasının qızması nəticəsində baş verib. Soyuq aylarda vətəndaşlar divar sobalarını açıq saxlayırlar. Qazın təzyiqi artdıqda nəzarətsiz qalan soba taxta konstruksiyalı binalarda yanğına səbəb olur".

 

Ev sahibi Rövşən Qafarov isə yanğının başladığını hiss etmədiyini bildirib. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv