Narkotiklə tutulan şəxs: "Ondan xeyir yoxdur, özünə qəbir qazırsan"

Abşeron rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitərlərin qanunsuz daşınması,istifadəasi və satışına görə axtarışda olan Sumqayıt şəhər sakini, əvvələr məhkum olmuş Rauf Xankişiyevi saxlayıblar. APA TV-nin xəbərinə görə, əslən Xızı rayonundan olan 55 yaşlı Rauf Xankişiyevin üzərindən 0.5 kq-a yaxın qurudulmuş marixuana aşkarlanıb: "Mən Sumqayıtda oluram, bir nəfər yaxınlaşdı ki, belə bir şey var. 100 manatg verib aldım".

 

Əvvələr cibgirlik,oğurluq maddələri ilə dəfələrlə məhkum olunan Xankişiyev keçən ilin dekabrında həbsdən çıxıb. Bu müddətdə özünə iş tapa bilmədiyindən yenidən cibgirliklə məşğul olub. Dediyinə görə, narkotik vasitələrdən arada bir istifadə edirmiş: "Ondan xeyir yoxdu. Ancaq itirirsən, özünə qəbir qazırsan. Nə bilim, mən ayıq yaşaya bilmirəm. Başım dumanlı olanda mənim üçün rahat olur".

 

Faktla bağlı cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv