Ermənistan regionun ən kasıb ölkəsidir - HESABAT

Ermənistan kasıblıq həddinə görə dünyanın 109 ölkəsi arasında ön yerlərdən birini tutur. APA TV-nin məlumatına görə, Amerikanın tanınmış araşdırma təşkilatı "CATO" bunu keçirdiyi sorğuya əsasən açıqlayıb. "The World Misery Index"in yayımladığı hesabatda Ermənistan 37,1 balla onuncu yerdə qərarlaşıb. Ölkə əhalisinin ən aşağı səviyyədə yaşadığı bildirilir. Ermənistanın Tert.am. agentliyi və "Çorrord işxantyun" qəzeti də faktı təsdiqləyib. Bunun əsas səbəbi kimi işsizlik göstərilir. Bu göstəriciyə görə, Ermənistan region ölkələri arasında liderdir. Gürcüstan 24, Türkiyə 27-ci yerdədir. Ən kasıb ölkə hazırda xaosun yaşandığı Suriya, rifah halının ən yüksək olduğu ölkə isə İsveçrədir. 

Müəllif | Apa.Tv
Apa.tv