Qaxda yaşayış evi yanıb
Qaxda fərdi yaşayış evi yanıb. APA TV-nin məlumatına görə, yanğın Mir Cəlal küçəsində baş verib. Ümumi sahəsi 40 kv/m olan, 2 otaqlı ev 84 yaşlı Baba Cəmalova məxsus olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində 84 yaşlı qocanın tənha yaşadığı evin yanar konstruksiyaları və ev əşyaları yanaraq yararsız hala düşüb. Yanğın nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı FHN-nin Qax rayon Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.