Azərbaycan Tərcümə Mərkəzi özəl nəşriyyatlara nəzarət edəcək

"Gələcəkdə Azərbaycan Tərcümə Mərkəzi tərəfindən Azərbaycanda fəaliyyət göstərən özəl nəşriyyatların fəaliyyətinə ciddi nəzarət olunacaq. Buna səbəb həmin nəşriyyatlarda keyfiyyətsiz nəşirlərinin edilməsidir".

 

Bunu APA TV-yə açıqlamasında Azərbaycan Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyev bildirib. Onun sözlərinə görə, mərkəz nəzarət obyektlərini bir qədər də genişləndirərək reklam lövhələrindəki tərcümələrə, dublyajlarda edilən tərcümələrə nəzarət edəcək: "Gələcəkdəözəl nəşriyytlara nəzarət etmək üçün mərkəz tərəfindən lisenziyalarn verilməsi məsələsi də reallaşa bilər. Hazırda bu vacib bir məsələdir. Çünki bir sıra nəşriyyatlar redaktorsuz işləyir. Bu isə o deməkdir ki, istənilən bir ucuz tərcümə həmin nəşriyyatda çap olunur".

 

Aparat rəhbəri bildirib ki, bir sıra problemlərin aradan qaldırılması məqsədi ilə mərkəzin tərkibində xüsusi kurslar açılacaq. Həmin kurslarda hər bir sahə üzrə tərcüməçilər hazırlanacaq.

 

Bu gün Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi rəhbərliyinin mətbuat konfransı keçirilib. Konfransda mərkəzin yaranması, fəaliyyəti və həyata keçirilməsi nəzərdə tutulan işlərlə bağlı məlumat verilib.

 

Müəllif | Apa.Tv