Babək prospektində yol niyə çöküb?

Bakının Xətai rayonunda Babək prospekti ilə Telnov küçəsinin kəsişməsindəki yolda baş verən çökmənin aradan qaldırılması üçün işlərə başlanılıb. "Azəryolsevis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Pünhan Mürsəliyev bildirib ki, APA TV-yə deyib ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları problemi aradan qaldırandan sonra əraziyə müvəqqəti asfalt vurulub: "Səhər saatlarında hadisə baş verdikdən sonra aidiyyəti üzrə yol-istismar sahəsi təhkim olundu. Çökən hissəyə lazimi material verildikdən sonra asfalt beton salınmadı. Bu gün səhər saatlarında bəzi insanların narazılığını nəzərə alaraq, tıxacların aradan qaldırılması üçün asfalt vuruldu. Ancaq çökmə hadisəsi yenə baş verdi".

 

Hadisənin su borusunun qaynaq olunan hissəsindəki çat səbəbindən yarandığını deyən Pünhan Mürəsliyev deyib ki, ərazi müvəqqəti olaraq material doldurulub: "Sızan suyun yol yatağını yuması nəticəsində baş verir. Ona görə, asfalt-beton həmin ərazidə yenidən çökdü. Artıq qəzanın nəticələri tam aradan qaldırılıb. Yəqin ki, yaxın günlərdə həmin ərazisinin tam qazılması gözlənilir. Həmin hissəyə yenidən material verilməklə, kipləşdirilmə işləri aparmaqla asfalt-beton örtüyü yenidən vurulacaq".

 

Qeyd edək ki"Azərsu" ASC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, Bakı Sukanal idarəsinin əməkdaşları ərazidə araşdırma aparıblar. Məlum olub ki, Babək prospektində yolun çökməsinin ərazidən keçən su xətləri və ya xətlərin köçürülməsi ilə heç bir əlaqəsi yoxdur.

 

Müəllif | Apa.Tv