Azərbaycan prezidenti Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 5-də Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonu qəbul edib. Britaniyalı qonaq Bakıda böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla vurğulayıb.

 

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə yüksək səviyyədə olduğu bildirilib, iqtisadi əməkdaşlıq sahəsində energetikanın prioritet təşkil etdiyi vurğulanaraq bu istiqamətdə Böyük Britaniyanın bp şirkətinin Azərbaycanın əsas tərəfdaşı olduğu qeyd edilib, mühüm infrastruktur layihələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Müəllif | Apa.Tv
Apa.tv