Bakıda sərnişin avtobusu aşıb
Bakının Xətai rayonunda sərnişin avtobusu qəza törədib. APA TV-nin məlumatına görə, 23 saylı xətt üzrə hərəkət edən "Iveco" maraklı sərnişin avtobusunun sürücüsü Gəncə prospektindən Zığ dairəsinə dönmə əməliyyatını yerinə yütirərkən avtobus yol ayrıcındakı səkilərə çırpılıb və avtobus yolun ortasına aşıb. Hadisə vaxtı maşında sərnişinlərin olmaması qəzanın xəsarətsiz ötüşməsi ilə nətiələnib. Qəza yerinə cəlb olunan yol-patrul xidmətinin əməkdaşlarının verdiyi məlumata görə, sürücü avobusu sənədsiz idarə edirmiş. Sürücü izahatının alınması Bakı Şəhərə Dövlət Yol Polisi İdarəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.