Çempionlar Liqasında IV turun oyunları keçirilib - NƏTİCƏLƏR
Çempionlar Liqasında IV turun oyunları keçirilib. APA TV-nin məlumatına görə, IV turun qarşılaşmaları çərçivəsində azarkeşlər 8 matç izləyiblər. E qrupunda lider “Bavariya” “Alyans Arena”da “Roma”nı sınağa çəkib. Bu görüşdə növbəti mərhələyə keçmək üçün “canavarlar” Almaniyadan xalla qayıtmaq niyyətində idi. Lakin Münhen klubu rəqibini 2:0 hesabı ilə məğlub edərək, xalını 12-ə çıxarıb və 1/8 finala vəsiqə qazanıb.
Aktivində 2 xalı olan “Mançester Siti” autsayder MOİK-i qəbul edib. Moskvalılar 9 nəfərlə qalan “şəhərlilər”i məğlub etməyi bacarıb – 1:2.
PSJ evində APOEL-lə 1:0, “Barselona” səfərdə “Ayaks”a 2:0 hesabı ilə qalib gəlib.
G qrupunun vahid lideri “Çelsi” səfərdə “Maribor”un müqaviməti ilə üzləşib. Hesabda geri düşən London klubu 73-cü dəqiqədə Matiçin qolu sayəsində 1 xal qazanmağı bacarıb.
“Sportinq” doğma publika önündə “Şalke” ilə üz-üzə gəlib. Lissabonda keçən qarşılaşmada qapılara 6 qol vurulub və meydan sahibləri qələbəyə seviniblər – 4:2
“Porto” “Atletik”-i 2:0, “Şaxtyor” BATE-ni 5:0 hesabı ilə məğlub edib. Bununla da İspaniya təmsilçisi 1/8 finala çıxma şansını itirib.