İqtidarda olan "Gürcü arzusu" koalisiyası dağılıb
Gürcüstan iqtidarda olan “Gürcü arzusu” koalisiya dağılıb. APA TV-nin məlumatına görə, istefaya göndərilən müdafiə naziri İrakli Alasaniyanın lideri olduğu “Azad demokratlar” partiyası koalisiyanın parlamentdəki fraksiyasını tərk edib.
İ. Alasaniya bildirib ki, koalisiyaya daxil olan partiyaların rəhbərləri ilə görüş keçirilsə də, konstruktiv dialoq baş tutmayıb. Buna baxmayaraq, o, koalisiya üzrə tərəfdaşları ilə sivil şəkildə vidalaşdığını deyib.
Digər yandan Gürcüstanın NATO-dakı səfiri də istefa verib. Səfir Levan Dolidze bu barədə baş nazirə məlumat göndərib.
Xatırladaq ki, Gürcüstanda müdafiə nazirindən sonra daha iki nazir və üç nazir müavini istefa verib.